S.Fettel: Bir trasda iki yarış çətin olacaq

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, bir trasda ardıcıl iki yarış keçirmək fərqli olacaq.

F-1.az xatırladır ki, bu il həm Avstriyada, həm də İngiltərədə iki yarış olacaq. Bəzi iddialara əsasən Hokkenhaym, Çin, Bəhreyn və Əbu Dabidə də iki yarış olacaq. Bu hal Formula1-də ilk dəfə yaşanır.

Sebastyan Fettel: “İlk yarışdan sonra yenidən həmin trasda ikinci dəfə yarışmaq mənimçün maraqlı təcrübə olacaq. Məncə, komandalar ikinci yarışda daha da mükəmməl olacaqlar. Komandalar ikinci yarışda daha yaxşı sazlanmalar və strategiyalar tapa bilərlər. Bu, ilk dəfə olacaq və görək çətinliklərlə necə mübarizə aparacağıq.

Daha əvvəl azarkeşsiz yarışda iştirak etməmişəm. Necə olacaq bilmirəm. Yarışmaq gözəldir, lakin mən azarkeşlərlə yarışmağı seçərdim…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*