S.Fettel: Bir-birimizi anlamadıq

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Kimi Rəykkönenlə olan qəzann səbəbi bir-birlərini başa düşməməkləridir.

F-1.az xatırladır ki, almaniyalı sürücü son dövrədə rəqibi Rəykkönenə hücum edərkən təmas yaşamış və nəticədə hər iki sürücü də tras xaricinə çıxmışdı. Yarışdan sonra insidenti araşdıran stüardlar Rəykkönenin vaxtına 20 saniyə əlavə ediblər və onun lisenziyasına 2 cərimə balı yazıblar.

Sebastyan Fettel: “Məncə, bir-birimizi anlamadıq. Mən daxili trayektoriyada idim və öndə olduğumu düşündüm. Dördüncü döngədən yaxşı çıxdım və beşinci döngədə Kimini keçmişdim. Sonra bir zərbə hiss etdim. İnanmıram ki, Kimi bunu bilərəkdən etsin. Təkrara baxacam. Kimi ilə danışmalıyam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*