F-1.az xatırladır ki, Ferrari keçən il Arrivabeneni komanda rəhbərliyindən göndərmiş əvəzinə texniki direktor olan Mattia Binottonu gətirmişdi.
Sebastyan Fettel: “Mattia çox fərqlidir. Nəticədə iki fərqli insandan danışırıq. Mətbuata verdiyi açıqlamalarının Arrivabenedən fərqləndiyini bilmirəm, çünki izləmirəm.
Lakin komanda da bu il daha pis vəziyyətdə idi. Buna görə də müqayisə edə bilməyəcəm. Vəziyyəti öz xeyrimizə dəyişdirməyə çalışırıq. Amma bu bir gecədə mümkün olan şey deyil. Rəqiblərimiz daha yaxşı işləyirlər və onlara hörmət edirik”.