S.Fettel: “Bəxtimi sınamalı idim”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bottasa o hücumu etməyə məcbur olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü təhlükəsizlik maşınından sonra Bottasa hücum etsə də, təkərlərini bloka salaraq, 4-cü yerə qədər geriləyib və podiumu da əldən verib.

Sebastyan Fettel: “Cəhd etdiyim üçün xoşbəxtəm, amma alınmadığı üçün xoşbəxt deyiləm. Lakin sınamalı idim. Daxili trayektoriyadan hücum pozitiv hücum sayılmamalıdır. Gecikməmişdim. Valtteri önümdə idi və boşluq qoymuşdu. Təəccübləndim. Əyləclərə nəzarət etmək çətin idi. Amma harada olduğumu görmürdüm. Bizim işarələrimiz olur. Onlar sağ tərəfdə yerləşdirilir. Porebrik, divardakı işarə və sol tərəfdə heç nə yox idi. Normal restart idi. Fərqi hiss etdim, amma heyif ki, təkəri kilidlədim. Elə olmasaydı, döngəyə girərdim və bu əla hərəkət olardı. İşə yaramadığını demək asandır. Amma sınamalı idim. İtirdiyimiz iki saniyəyə görə məyus olmağa dəyməz. Çünki yarışın müsbət tərəfləri çox idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*