F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Bakıdakı yarışda gözəl performans göstərərək, 6-cı olub.
Sebastyan Fettel: “Altıncı yer komanda üçün yaxşı nəticədir. Məncə, komanda olaraq bu nəticəyə sevinməliyik. Çox işləyirik və artıq bunun bəhrəsini görürük. Yarışda Alfa Roemo-dan sürətli idik. Alpine və AlphaTauri ilə eyni tempdə gedirdik.
Komanda əla pit-stop etdi və bunun hesabına Lyuis Həmiltonu qabaqladım. Estebanla mübarizədə onu qabaqlasam da, düşündüm ki, əyləcə gec basar və buna görə qaçış zonasına girdim. Orada bir az vaxt itrdim. Əgər o hadisə olmasaydı, 5-ci yeri tuta bilərdim”.