S.Fettel: Bəlkə qayıdaram

Sabiq Formula1 sürücüsü Sebastyan Fettel bir gün qayıdacağını istisna etmir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ilin sonunda Formula1-dən ayrılmış və təqaüdə çıxmışdı. Dördqat Dünya Çempionu artıq başqa işlərlə məşğuldur və həyatından həzz alır.

Ancaq onun köhnə komandası Aston Martin böyük addımlar atıb və Fernando Alonso mövsümün ilk 3 yarışından 3 podiumla ayrılıb.

Sebastyan Fettel: “Növbəti mövsüm nə baş verəcəyini bilmək çətindir. Düzdür, komanda üçün sevinirəm. Hər şey qaydasındadır.

Əvvəldən bəlli idi ki, hər şey keçənilkindən asan olacaq, çünki o zaman hər şey çox pis idi. Ancaq mən bu qərarı alanda 2023-cü il barədə düşünmədim.

Təqaüdə çıxdığım üçün məyus deyiləm. Amma maşın indiki kimi güclü olmasa, mənim üçün daha asan olardı. Buna baxmayaraq özümü pis hiss etmirəm. Fernandoya görə sevinirəm. Son illərdə belə güclü maşını olmamışdı. Ömrünün ikinci baharını yaşayır.

Mənim üçün hazırda hər şey yaxşıdır. Marağım olan işlərlə məşğul olmaq üçün səbirsizlənirəm. Evdə ailəm və uşaqlarımla vaxt keçirməkdən həzz alıram.

Gələcək üçün hər şey mümkündür. Hər şey ola bilər. Altı aydan sonra divanda yatmaqdan darıxa bilərəm və yeni yarışmaq istəyərəm. Ancaq fərqli işlərlə də məşğul ola bilərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*