F-1.az xatırladır ki, almaniyalı sürücü Braziliyadakı sıralanma turunda 13-cü olub.
Sebastyan Fettel: “Belə hava şəraitində sürməyi sevirəm. Sessiya ərzində tras sürüşkən idi. Bu vəziyyəti dəyərləndirmək çox çətin idi. Son sessiyanı 0.1 saniyə ilə qaçırdıq. Görəsən onu harada qazana bilərdik? Yenə də o dövrəmdən razıyam.
Bir az məyusam, çünki son sessiyaya qala biləcəyimizi düşünmüşdüm. Sprintdə və əsas yarışda yaxşı nəticələr ala bilərik”.