F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndəki sıralanma turunda ikinci yeri tutub.
Sebastyan Fettel: “İşin sonunu gətirməlisiniz. İkinci sektorda bir az qorxdum. Ancaq Şarl bu gün əla iş gördü və poula layiq idi. Yarış tempimizdən razıyam və ikinci olduğum üçün xoşbəxtəm. Yarışda favoritik. Barselonadakı tempi tutduğumuz üçün sevincliyəm. Düzgün iş gördük. Bu həftəsonu bolid daha yaxşı idi. Sabah yarışda da güclü olmaq istəyirəm”.