F-1.az xatırladır Fransa yarışına 7-ci yerdən başlayan başlayan Fettel ilk dövrələrdə McLaren sürücülərinin arxasında ləngisə də, onları qabaqlayıb və yarışı 5-ci yerdə bitirib.
Sebastyan Fettel: “Yarışda tək idim. Lando və Karlosla mübarizə aparmaq həzz verdi. Pitdən əvvəl Maksa yaxınlaşsam da, daha sonra balansla bağlı problem yaşadıq. Beşinci yer maksimum idi. Şarl və Maksla eyni tempdə gedirdim. Ən azından sürətli dövrə vuraraq əlavə 1 xal qazandım. Bolidimiz hələ də güclü deyil. Mercedes-dən çox geridəyik”.