S.Fettel Bakını unuda bilmir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Azərbaycan yarışını unutmaqda çətinlik çəkib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan Qran Prisində təhlükəsizlik avtomobilinin arxasında rəqibi Həmiltona bilərəkdən çırpılmış və 10 saniyəlik dayan və get cəzası almışdı. Fettel bu cəzadan sonra yarışı 4-cü yerdə bitirmişdi.

Sebastyan Fettel: “Bakı yarışından sonra əhvalım pozulmuşdu, çünki mənasız bir şeyə görə yarışımı məhv etdim və bunu unutmaqda çətinlik çəkdim. Daha sonra Sinqapur və Yaponiyanı göstərmək olar. Lakin Sinqapurda yarış qəzası idi. Bazar günü gecə bu barədə çox fikirləşdim və unutmaq asan deyildi. Yaponiyada isə nə edə bilərdim? Əlimdən heç nə gəlmirdi. Unutmaq lazımdır. Başqasının səhvi öz səhvinizdən daha çox incidir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*