F-1.az xatırladır ki, almaniyalı sürücü Avstriyada sərbəst yürüşlərin ilk günündə əsas rəqibi Həmiltondan sadəcə 0.147 saniyə geridə qalıb.
Sebastyan Fettel: “Ümid edirəm ki, daha rəqabətədavamlı olarıq. Sabah daha da sürətli olmalıyıq və hazırda Mercedes favoritdir. Bakı çox cəhətinə görə biryarışlıq idi. Sıralanma turunda vəziyyətimiz yaxşı deyildi. Yerimiz pis deyildi, amma fərq çox idi. Özümüzə inam az idi və rahat hiss etmirdik. Yarış bazar günü nisbətən yaxşı idi. Bir çox cəhətdən uğurlu idik. Bu gün çox şey görmədik, amma düşünürəm ki, yaxın mübarizə olacaq. Mercedes bu gün çox sürətli idi və onlar favoritdirlər. Görək şənbə günü nə olur”.