S.Fettel: “Bakıda komandanı pis vəziyyətdə qoydum”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel etiraf edib ki, Azərbaycan Qran Prisində rəqibi Həmiltonla yaşadığı insident qələbəni əldən verməsinə səbəb olmuşdu.

F-1.az xatırladır ki, Həmilton Bakı yarışında Təhlükəsizlik Maşınının arxasında ayağını qazdan çəkmiş və bunu gözləməyən Fettel rəqibinə arxadan çırpılmışdı. Buna görə əsəbiləşən almaniyalı sürücü Mercedes komandasının pilotu ilə bərabərləşərək, bolidini britaniyalı sürücünün üzərinə sürmüşdü. Dördqat Dünya Çempionu bu hərəkətinə görə 10 saniyəlik dayan və get cəzası alaraq, yarışı 4-cü yerdə bitirmişdi.

Sebastyan Fettel: “Deyəsən, Bakıda komandanı pis vəziyyətə saldım və bir qələbəni əldən verdik. Sinqapurdakı hadisələr hər yarışda ola bilər və əlimizdən heç nə gəlmirdi. Düzdür, qəzadan qaça bilərdim, amma Bakıdakı kimi açıq şəkildə səhv etmədim.

2016-cı il bizim üçün çətin keçmişdi və yenidən o cür mövsüm keçirmək qəbuledilməz olardı. Daha sonra bolidi yaxşı təkmilləşdirərək, mövsümə əla başladıq. Amma hələ də təkmilləşməlliyik. Yaxşı bolidimiz və güclü işçilərimiz var. İndiki hədəfimiz növbəti 4 yarışı qazanmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*