F-1.az xatırladır ki, “qırmızılar” mövsümə pis başlayıblar və hazırda lider Mercedes-dən 57 xal geri qalırlar.
Ferrari sonuncu Çin yarışında düzlüklərdə sürətli olsa da, döngələrdə çox geri qalırdı.
Sebastyan Fettel: “Bolidimiz çox güclüdür və problemi yoxdur. Amma hələ də doğru sazlanmaları tapa bilməmişik. Xüsusən də, məndə problemlər var. Xoşbəxt deyiləm. İlk üç yarışdakı trasların quruluşları fərqli idi. Amma bəzi şeyləri anlamışıq. Sonrakı bir neçə həftə bu mövsüm üçün son qərarı verməyimizdə vacib olacaq”.