S.Fettel Aston Martin-lə danışıqlar aparır?

Alman mətbuatının iddiasına görə, sürücü Racing Piont-in rəhbəri Laurens Stroll ilə gələn ildən Aston Martin adlandırılacaq komandaya keçmək məsələsini müzakirə edib.

F-1.az xəbər verir ki, komandanın rəhbəri Otmar Safnauer bu şayiələri rədd edib və hər iki sürücüləri ilə uzunmüddətli müqavilələrinin olduğunu qeyd edib.

Ləns Strollun komanda rəhbərinin oğlu olması onun Racing Point-dəki gələcəyinə şübhə etməməyimizə əsas verir. Peres isə komandanın sahibinin dəyişməsi prossesində aktiv rol oynayıb və 2022-ci ilin sonuna qədər müqaviləsi var. Lakin komanda müqaviləni vaxtından əvvəl ləğv etmə imkanına sahibdir.

Bild-in məlumatına görə, dördqat dünya çempionu ilə razılıq yaxın günlərdə elan oluna bilər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*