F-1.az xatırladır ki, Fettel bugünkü yarışda startdaca liderliyə yüksəlmiş, ilk pit-stoplardan və Alonso ilə Qutyerresin qəzasından sonra qırmızı bayraqlarla yarışın dayandırılmasından sonra da liderliyini davam etdirmişdi. Amma yarış yenidən başladıqda SuperSoft təkərlərlə trasa qayıdan sürücü pit-stop etməyə məcbur olsa da, Medium təkərlərdə olan Mercedes AMG pilotları finişə qədər bir daha pit yolunu tutmayıblar.
Sebastyan Fettel: “Qırmızı bayraqlar bizim köməyimizə çatmadı. Amma yenə də şansımız var idi. Onların Medium təkərlərlə davam edəcəyini gözləmirdik. Aqressiv taktika seçdik, amma nəticə vermədi.
Komandada hər şey yaxşı vəziyyətdədir. Bu yarışda daha yaxşı olacağımızı bilirdik. Mercedes AMG pilotlarına təzyiq etmək istəyirik. Bunu mövcud maşınla edə bilərik. Keçənilki ilə müqayisədə onlara daha yaxınıq – bu dəqiqdir. Dünən təsnifat mərhələsində daha güclü olmağı gözləyirdik, amma olmadı. Bu gün isə hər şey daha yaxşı idi. Biz doğru yoldayıq…”