S.Fettel: “Ani qərar verdik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, pit-stopa anidən qərar veriblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapur yarışına 3-cü yerdən başlasa da, erkən pit-stop hesabına önündəki Leklerlə Həmiltonu qabaqlayıb və yarışın qalibi olub.

Sebastyan Fettel: “Sözün açığı tərliyəm, ancaq çox xoşbəxtəm. Əla yarış idi. Komamdamı təbrik edirəm. Mövsümə pis başlasaq da, son yarışlarda canlandıq. Bazadakı işçilərdən razıyıq. Pitə girəcəyimdən gec xəbərim oldu. Pitdən əvvəlki döngədə məni çağırdılar. Öndəki rəqiblərimin pitə gəlmədiyini görəndə son həddə sürdüm və lider oldum. Təkərlərə yaxşı baxdım və fərqi artırmağa çalışdım. Lakin təhlükəsizlik maşınına görə alınmadı”,

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*