F-1.az xatırladır ki,iki sürücü 2010-2013-cü illərdə çempionluq uğrunda mübarizə aparmışdılar. Hazırda isə iki çempion orta qrupda mübarizə aparırlar.
Sebastyan Fettel: “Fernando ilə mübarizə aparmaqdan həmişə həzz almışam. Bu il geri qayıdanda təkər-təkərə mübarizə apardıq və o, yarışdan sonra mənə dəbilqənin altından gülərək baxırdı. Ümdi edirəm ki, həmişə belə davam edər. Mən həmişə onunla mübarizə aparmaqdan həzz almışam.
2003-cü ili xatırlayıram. Televizorda yarışlara baxırdım və onun ilk qələbəsini xatırlayıram. İstedadına söz demək olmaz. O, idmanın gördüyü ən böyük istedaddır. Fernando qorxduğum şeyi etdi, çünki Mixaeli məğlub etmək mümkünsüz idi. Mixael həmişə mənim üçün nömrə bir idi. Ancaq Fernando onu məğlub etdi və bu, böyük uğurdur. Fernandonun karyerası mənimkindən uzundur və daha çox maşınla yarışdı. Buna görə ona hörmət edirəm”.