F-1.az xatırladır ki, almaniyalı sürücü Monakoda sıralanma turunda komanda yoldaşı Rəykkönendən 0.043 saniyə geri qalaraq, ikinci yeri tutub. 2011-ci ilin Monako yarışının qalibi sıralanma turunda üçüncü yeri tutan Bottası 0.002 saniyə qabaqlayıb.
Sebastyan Fettel: “Bolid bu gün çox güclü idi və xüsusən də, yavaş döngələrdə sürmək mənə həzz verdi. Sıralanma turundakı ilk cəhdimdə bolidi çox sıxdım və tras xaricinə çıxdım. İkinci cəhdimdə isə acgözlük edərək, səhvə yol verdim və poula əlvida deməli oldum. Hazırda məyusam, lakin Kimi mükəmməl dövrə vurdu vən onun yerinə çox sevincliyəm.
Həmiltonun geridən başlaması mənim üçün vacib deyil. Məqsədim yarışı bacardığım qədər yaxşı yerdə bitirərək, gözəl xallar qazanmaqdır”.