F-1.az xatırladır ki, TM trasda ikən Fettel xeyli yavaş hərəkət edən Həmiltonla toqquşmuş, əl işarələri ilə ona etirazını bildirmiş və bir qədər sürətlənərək maşını onun üzərinə sürmüşdü. Stüardlar ilk toqquşmaya əhəmiyyət verməmişdilər, lakin Fettel hərəkətinə görə bir qədər sonra 10 saniyəlik Stop&Go (dayan və get) cəzası almışdı.
Bundan əlavə, Sebastyana 3 cərimə balı verilib. Alman sürücünün ballarının sayı 9-a çatıb. Qeyd edək ki, sürücü bir il ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur.