S.Fettel 18 düyməlik təkərlərdən narazıdır

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, 18 düyməlik təkərlərlə porebrikləri görmək olmur.

F-1.az bildirir ki, almaniyalı sürücü Silverstounda 18 düyməlik təkərləri test etmişdi.

Sebastyan Fettel: “Bu təkərlər gec qızdığı üçün uzun məsafə qət edə bilir. Porebriklərin üzərində rahat olurlar. Yavaş və ortasürətli döngələrdə asfaltla daha yaxşı ilişirlər. Belə yerlərdə indiki təkərlərdən daha sürətlidirlər.

Ancaq böyük təkərlərlə ön tərəfi görmək çətin olur. Güzgü bağlantıları da görünüşə mane olur. Güzgülər haloya bağlananda daha yaxşı olurdu. Bundan başqa böyük təkərlərə görə porebrikləri görmürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*