F-1.az xatırladır ki, gələn il Formula1 təqvimində 22 yarış olacaq. Yarış sayının artması isə komandalara təsir edir. Formula1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel düşünür ki, bu hal Formula1 üçün yaxşı deyil: “Əlbəttə, daha çox yarış daha çox pul deməkdir. Yarışların çox olması sürücülər üçün pis deyil. Lakin mexaniklər üçün çətindir. Mən 16 yarışlıq təqvimə geri dönmək istəyərəm. Belə olan halda boş vaxtlarımız daha çox olar və özümüzə vaxt ayıra bilərik”.
S.Fettel 16 yarışlıq təqvimə razıdır
Ferrari komandasının sürücüsü Sebastyan Fettel 16 yarışlıq təqvimin Formula1 üçün ideal olacağını düşünür.