F-1.az xatırladır ki, Ferrari Monakoda son qələbəsini 2001-ci ildə Şumaxerlə, son poulunu isə 2008-ci ildə Massa ilə qazanıb.
Sebastyan Fettel: “Çox güclü yeni paketimiz var. Buna görə də qorxmuruq. Son illərdə Mercedes-in burada çox güclü olduğunu bilirik. Buna görə də onları məğlub etmək lazımdır. Əminəm ki, yaxşı həftəsonu keçirəcəyik.
Burada poul qazanmaq mümkündür. Monte Karloda özümüzə güvənməmiz üçün yaxşı ritm tutmalıyıq. Bolidimizə güvənməliyik. Doğru sazlanmaları tapmalıyıq.
Ən vacibi isə ilk 5 yarışda yuxarıda olmağımız idi. Hər şey bir az fərqli olsa, bütün yarışları qazana bilərdik. Ancaq alınmadı. Bəzən bəxtimiz gətirmədi. Amma önümüzdə uzun mövsüm var. Öndə olmağımız həmişə vacibdir. Bəzən cümə günləri pis keçdi, lakin yarışda öndə ola bildik. Ən vacibi budur. Bizim güclü paketimiz və bolidimiz var. Doğru yoldayıq və narahat deyilərm. İndiyə qədər layiq olduğumuz xalları qazandıq”.