F-1.az xəbər verir ki, Santino Ferruççinin 17 yaşı var. Amerikalı sürücü keçən il Avropa Formula3 seriyasında yarışıb və mövsüm ərzində bir podium qazanaraq, 11-ci yeri tutub.
Ferruççi bu il GP3 seriyasında çıxış edəcək və eyni zaman Haas komandasının developer sürücüsü olacaq.
Ferruççi Haas komandası ilə bağlı təəssüratlarını bildirib: “Mən yarışmağa başlayanda qarşımda bir məqsəd var idi. O da Formula1-də mübarizə aparmaq idi. Haas komandasının üzvü olmaq qürurvericidir”.