F-1.az bildirir ki, üçüncü Səudiyyə Ərəbistanı Qran Prisinə bir ay qalıb, bu münasibətlə təşkil edilən mətbuat konfransında Səudiyyə Avtomobil və Motosiklet Federasiyasının sədri və Qran Prinin təşkilatçısı Şahzadə Xalid bin Sultan Əl-Abdullah Əl Faysal deyib: “Bizim uzun avtoidman tariximiz var. Saudi Air şirkəti 1978-ci ildə Williams ilə müqavilə imzalayanda yaxın şərqdə bu addımı atan ilk ölkə olmuşduq.
Formula 1 kimi mötəbər beynəlxalq tədbirdə Səudiyyə Ərəbistanından olan şirkətin adını görmək məni çox qürurlandırdı. Bu, məni son qırx il ərzində uğurla inkişaf edən Formula 1 ilə sıx əməkdaşlıq etməyə ruhlandırdı.
Bu miras bizi ilk olaraq yarışlara apardı və bir gün öz Formula1 komandamızı yarada bilərik. Həmçinin, Formula1-də ən yüksək səviyyədə yarışa bilən milli pilotumuzu da görmək istərdik. Biz həqiqətən də avtoidmana həvəsliyik və bu idmanın gələcəyində böyük rol oynayaraq töhfə vermək istəyirik”.