S.Ərəbistanı-2023: Yarış

Ciddədəki yarışda heç kim yüksək rəqabət gözləmirdi, çünki artıq sərbəst yürüşlərdən Red Bull-un bariz üstünlüyü görünürdü.

F-1.az xatırladır ki, Maks Ferstappen hər üç məşqdə protokollara başçılıq edib. Sıralanma turunda da onunqalib gələcəyi gözlənilsə də, güc qurğusu buna mane olub, əvəzinsə isə komanda yoldaşı Ciddədə növbəti pouluna sevinib.

Pirelli buraya Hard, Medium və Soft rolunda sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Lekler və Norris yumşaq, Həmilton və Sarcent sərt, qalanları isə orta təkərlərlə start alıblar.

Yarışa Peres və Alonso ilk, Rassell və Sayns ikinci, Stroll və Okon isə üçüncü cərgədən başlayıblar.

Startda Alonso liderliyi ələ alıb. Arxalarda isə Lekler 3 pillə qazanıb. Piastri Qasli ilə mübarizədə maşının ön tərəfini zədələyərək örkən pit-stop etməli olub. Stüardlar Alonsoya maşını startda səhv yerləşdirdiyi üçün 5 saniyə cəza veriblər. 2-ci dövrədə ilk onluq: lonso – Peres – Rassell – Stroll – Sayns – Okon – Həmilton – Qasli – Lekler – Çjou.

Üçüncü dövrədə Norris təkərləri dəyişib. Bir dövrə sonra Peres Alonsonu qabaqlayaraq yarış liderliyini bərpa edib. 6-cı dövrədə Hülkenberq 12-ci yer uğrunda mübarizədə Maqnusseni qabaqlayıb – Haas Kevindən komanda yoldaşına yer verməsini istəyib.Yeddincici dövrədə Lekler Qaslini keçərək səkkizinci yerə yüksəlib.

8-ci dövrədə Ferstappen Çjounu keçərək onuncu pilləyə yüksəlib. Növbəti dövrədə Lekler Həmiltonu qabaqlayaraq səkkizinci olub. Maqnussenpit-stop edib. Onu 2 dövrə sonra Bottas izləyib. Ferstappen 12-ci dövrədə Həmiltonu geridə qoyub. Çjou və Hülkenberq təkərlərini dəyişiblər.13-cü dövrədə Lekler Okonu keçərək altıncı yerə yüksəlib. 14-cü dövrədə ilk onluq: Peres – Alonso – Rassell – Stroll – Sayns – Lekler – Okon – Ferstappen – Həmilton – Qasli.

15-ci dövrədə Stroll və Qasli pit-stop etib, Ferstappen Okonu qabaqlayıb.16-cı dövrədə Sayns, 17-də Lekler və Okon təkərlərini dəyişib. Stroll pitdən çıxdıqdan sonra komandanın göstərişi ilə 13-cü döngədə maşını saxlayıb. TM trasa daxil olub. Tsunoda, Elbon, de Friz, Bottas, Peres, Alonso, Rassell, Ferstappen, Həmilton, Sarcent, Çjou təzə təkərlərə keçib.

Norris 20-ci dövrədə təzə təkərlərə keçib. Restart 21-ci dövrədə verilib, Peres liderliyi qoruyub. Hülkenberq Elbonu qabaqlayıb. 22-ci dövrədə Həmilton Saynsı üstələyərək beşinci yerə qalxıb. 24-cü dövrədə Ferstappen Rasseli keçərək üçüncü pilləyə yüksəlib. 25-ci dövrədə Ferstappen ikinci yer üçün Alonsonu qabaqlayıb. Növbəti dövrədə Qasli 9-cu yer üçün Tsunodanı keçib. 27-ci dövrədə ilk onluq: Peres – Ferstappen – Alonso – Rassell – Həmilton – Sayns – Lekler – Okon – Tsunoda – Qasli.

27-ci dövrədə Elbonun maşını sürətini itirib və boksa gələrək yarışdan çəkilib. 36-cı dövrədə Hülkenberqin arxa sağ təkəri maneəyə dəyib, lakin yoluna davam edib. Bottas təkərlərini dəyişib. 38-ci dövrədə Çjou 13-cü yer uğrunda Sarcenti qabaqlayıb.42-ci dövrədə de Friz də 1onu üstələyib. 46-cı dövrədə Maqnussen Tsunodanı keçərək onuncu yeri tutub. 49-cu dövrədə Norrisdən Piastrini irəli buraxmağı xahiş ediblər ki, partnyoru Sarcentlə mübarizə aparmağa çalışsın.

Serxio Peres mövsümdə ilk, karyerasında isə beşinci qələbəsini qazanıb. Maks Ferstappen ikinci yerə qədər yeksələrək komandaya növbəti qələbə dublunu gətirib. Ferando Alonso finiş xəttini üçüncü keçərək podiuma qalxsa da, sonradan onun nəticəsinə 10 saniyə əlavə edilib və üçüncülük Corc Rassellə gedib.

Mübarizə 2 həftə sonra Melburnda davam edəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 11 Serxio Peres Red Bull 1:21:14.894 1
2 1 Maks Ferstappen Red Bull + 0:15.355 1
3 14 Fernando Alonso Aston Martin + 0:20.728 1
4 63 Corc Rassell Mercedes + 0:25.866 1
5 44 Lyuis Həmilton Mercedes + 0:31.055 1
6 55 Karlos Sayns Ferrari + 0:35.876 1
7 16 Şarl Lekler Ferrari + 0:43.162 1
8 31 Esteban Okon Alpine + 0:52.832 1
9 31 Pyer Qasli Alpine + 0:54.747 1
10 20 Kevin Maqnussen Haas + 0:64.826 1
11 22 Yuki Tsunoda AlphaTauri + 1:07.494 1
12 27 Niko Hülkenberq Haas + 1:10.588 1
13 24 Quanyu Çjou Alfa Romeo + 1:16.060 2
14 21 Nik de Friz AlphaTauri + 1:17.478 1
15 81 Oskar Piastri McLaren + 1:25.021 1
16 2 Loqan Sarcent Williams + 1:26.293 1
17 4 Lando Norris McLaren + 1:26.445 2
18 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 3

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:31.906 (50-ci dövrə)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Aleksander Elbon Williams 27 mexaniki problem
Ləns Stroll Aston Martin 17 əyləc

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Oracle Red Bull Racing 44
2 11 Serxio Peres Oracle Red Bull Racing 43
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 30
4 55 Karlos Sayns Scuderia Ferrari 20
5 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 20
6 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 18
7 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 8
8 16 Şarl Lekler Scuderia Ferrari 6
9 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 4
10 31 Esteban Okon BWT Alpine F1 Team 4
11 10 Pyer Qasli BWT Alpine F1 Team 4
12 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1
13 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 87
2 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 38
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 38
4 Scuderia Ferrari Ferrari 26
5 BWT Alpine F1 Team Renault 8
6 Alfa Romeo F1 Team Stake Ferrari 4
7 Williams Racing Mercedes 1
8 MoneyGram Haas F1 Team Ferrari 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*