S.Ərəbistanı-2023: Üçüncü sərbəst yürüşlər

Şənbə məşqləri isti hava şəraitdə keçib, komandalar və sürücülər buna uyğunlaşmalı olub.

F-1.az bildirir ki, bir çoxları ənənəvi olaraq təkər dəstlərini saxlamaq üçün sessiyanın başlanğıcını buraxıblar, lakin fasilə uzun olmayıb – 15 dəqiqədən sonra demək olar ki, hamı bokslardan ayrılıb.

Nik de Friz boksu tərk edə bilməyib – mexaniklər maşındakı güc qurğusunu dəyişdiriblər və nəticədə o, bütün sessiyanı buraxıb. Sürücülər müxtəlif təkər tərkibləri ilə işləyiblər, bu da nəticələrə təsir edib. Demək olar ki, hər kəs az yanacaq və yumşaq təkərlərlə sıralanma turunu simulyasiya edib və sonra sessiya boyu təkərlərin aşınmasını ölçmək üçün uzun dövrələr vurub.

Sessiya sakit keçib. Piastri 22-ci döngədə trasdan çıxıb və maşına heç bir zərər dəyməyib. Norris yavaş hərəkət edən Ferstappenlə toqquşmaqdan yayına bilib. Maks jestlə üzr istəyib, stüardlar bu hadisəni tez araşdırıb heç kimi cəzalandırmayıblar.

Maks Ferstappen 1:28.485-lik nəticə ilə protokollara başçılıq edib. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:28.485 20
2 11 Serxio Peres Red Bull 1:29.098 + 0:00.613 15
3 14 Fernando Alonso Aston Martin 1:29.483 + 0:00.998 21
4 18 Ləns Stroll Aston Martin 1:29.509 + 0:01.024 21
5 44 Lyuis Həmilton Mercedes 1:29.568 + 0:01.083 18
6 16 Şarl Lekler Ferrari 1:29.588 + 0:01.103 16
7 4 Lando Norris McLaren 1:29.690 + 0:01.205 18
8 81 Oskar Piastri McLaren 1:29.698 + 0:01.213 23
9 10 Pyer Qasli Alpine 1:29.701 + 0:01.216 19
10 55 Karlos Sayns Ferrari 1:29.761 + 0:01.276 16
11 63 Corc Rassell Mercedes 1:29.811 + 0:01.326 19
12 23 Quanyu Çjou Alfa Romeo 1:29.917 + 0:01.432 21
13 27 Niko Hülkenberq Haas 1:29.933 + 0:01.448 19
14 31 Esteban Okon Alpine 1:29.953 + 0:01.468 19
15 23 Aleksander Elbon Williams 1:29.983 + 0:01.498 18
16 2 Loqan Sarcent Williams 1:30.035 + 0:01.550 18
17 20 Kevin Maqnussen Haas 1:30.131 + 0:01.646 15
18 77 Valtteri Bottas Alfa Romeo 1:30.317 + 0:01.832 20
19 22 Yuki Tsunoda AlphaTauri 1:30.797 + 0:02.312 20
20 21 Nik de Friz AlphaTauri
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*