S.Ərəbistanı-2023: Trasda dəyişikliklər və DRS zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Əvvəlki iki ildə olduğu kimi, bu dəfə də sürücülər 3 ötmə zonasında hücum etmək şansı qazanıblar.

F-1.az xəbər verir ki, bütün tras boyunca metal porebriklər maili beton porebriklərlər əvəz olunub.

On birinci döngədə hərəkət istiqamətində sol tərəfdə Tecpro baryerləri quraşdırılıb. Səkkizinci, on dördüncü və iyirminci döngələrdə divarlar yenidən qurulub.

İyirmi ikinci və iyirmi üçüncü döngələr yenidən təşkil olunub. İyirmi ikinci döngə 10 metr əvvəl başlayır, iyirmi üçüncü döngə isə hərəkət istiqamətində beş metr irəli çəkilib.

Saudi Arabian Grand Prix

Ciddədə üç müstəqil DRS zonası qalıb. Birinci DRS zonasının interval ölçmə (deteksiya) nöqtəsi 17-ci döngənin çıxışında, aktivləşdirmə (aktivasiya) nöqtəsi isə 19-cu döngənin çıxışında yerləşir. İkinci DRS zonasının deteksiya nöqtəsi 22-ci döngənin girişində, aktivasiya nöqtəsi 25-ci döngənin girişində yerləşir.

Ötən illə müqayisədə üçüncü DRS zonasının yeri dəyişib. Əvvəllər deteksiya nöqtəsi 27-ci döngədən əvvəl, aktivasiya nöqtəsi isə 27-ci döngənin çıxışında yerləşirdi. Sürücülər bundan istifadə edərək, rəqiblərini deteksiya nöqtəsinin önündə qabağa buraxırdılar, bundan sonra döngənin çıxışında DRS-i işə salıb itirilmiş mövqeyi geri qaytarırdılar. 2023-cü ildə belə bir manevr mümkün olmayacaq.

Çünki deteksiya nöqtəsi 27-ci döngənin çıxışına köçürülüb və aktivasiya nöqtəsi isə əvvəlki kimi, 27-ci döngədən 170 metr sonra yerləşir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*