F-1.az xatırladır ki, baş tutam hər üçn sərbəst yürüşlər Maks Ferstappenin liderliyi ilə başa çatıb.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Sürücülər təsnifat mərhələsində yalnız ən yumşaq tələrlərdən istifadə ediblər.
Şarl Lekler hələ həftəsonu başlamaışdan əvvəl güc qurğusunun elementlərindən birini icazə verilən limitdən çox dəyişdiyi üçün startda 10 yer itirməklə cəzalandırılıb.
İlk sessiya Nik de Friz üçün yaxşı başlamayıb – niderlandlı sürücü üçüncü məşqləri güc qurğusu dəyişdirildiyi üçün buraxmalı olmuşdu. Norris də divarla təmas etdiyi üçün maşını boksa gətirərək mexaniklərə təhvil verib. Alonso ikinci döngənin çıxışında yerində fırlansa da, yoluna davam edib. Sarceng 23-cü döngədə dayansa da, hərəkətini davam etdirə bilib. Lakin sonra yenidən səhvə yol verib və maşını kənara çəkib. Ən yaxşı nəticə Ferstappendən gəlib – 1:28.761. Sarcent, Norris, de Friz, Elbon və Tsunoda sıralanma turu ilə vidalaşıb.
İkinci Sessiyada ilk cəhdlərdə liderlik Alonsoda olub. Ferstappen ötürmələr qutusundakı problemə görə anidən sürətini itirib və aşkar favorit hesab olunduğu sıralanma turu onun üçün erkən başa çatıb. Bu dəfə Peres 1:28.635 ilə ən sürətli olub. Ferstappen, Bottas, Maqnussen, Çjou və Hülkenberq ilk onluqdan kənarda qalıb.
Son sessiyada 1:28.265-lik nəticə ilə rəqiblərindən xeyli üstün olub. İkinci cəhddə heç kim onun nəticəsinə çata bilməyib. Lekler ikinci yeri tutub, lakin sabah startda 110 yer itirəcəyi üçün bunun çox da böyük əhəmiyyəti olmayıb.
Beləliklə, Serxio Peres mövsümdə ilk, karyerasında ikinci poulu qazanıb. Bu, meksikalı sürücünün Ciddədə ardıcıl ikinci pouludur, yəni o, sıralanma turlarındakı hər iki uğurunu bu trasda əldə edib. Sabahkı yarışa onun yanından Fernando Alonso başlayacaq. İkinci cərgədə Corc Rassell və Karlos Sayns, üçüncü cərgədə isə Ləns Stroll və Esteban Okon qərarlaşacaq.
Sabah bizi olduqca maraqlı mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 11 | Serxio Peres | Red Bull | 2 | 1:29.244 | 7 | 1 | 1:28.635 | 6 | 1:28.265 | 5 |
2 | 16 | Şarl Lekler | Ferrari | 5 | 1:29.376 | 8 | 3 | 1:28.903 | 5 | 1:28.420 | 6 |
3 | 14 | Fernando Alonso | Aston Martin | 3 | 1:29.298 | 7 | 2 | 1:28.757 | 5 | 1:28.730 | 6 |
4 | 63 | Corc Rassell | Mercedes | 8 | 1:29.592 | 7 | 6 | 1:29.132 | 8 | 1:28.857 | 6 |
5 | 55 | Karlos Sayns | Ferrari | 6 | 1:29.411 | 9 | 4 | 1:28.957 | 8 | 1:28.931 | 7 |
6 | 18 | Ləns Stroll | Aston Martin | 4 | 1:29.335 | 7 | 5 | 1:28.962 | 8 | 1:28.945 | 5 |
7 | 31 | Esteban Okon | Alpine | 12 | 1:29.707 | 8 | 7 | 1:29.255 | 9 | 1:29.078 | 7 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 10 | 1:29.689 | 7 | 8 | 1:29.374 | 8 | 1:29.223 | 6 |
9 | 81 | Oskar Piastri | McLaren | 11 | 1:29.706 | 10 | 9 | 1:29.378 | 8 | 1:29.243 | 5 |
10 | 10 | Pyer Qasli | Alpine | 14 | 1:29.890 | 8 | 10 | 1:29.411 | 7 | 1:29.357 | 8 |
11 | 27 | Niko Hülkenberq | Haas | 7 | 1:29.547 | 10 | 11 | 1:29.451 | 8 | ||
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 9 | 1:29.654 | 10 | 12 | 1:29.461 | 8 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 13 | 1:29.744 | 9 | 13 | 1:29.517 | 8 | ||
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 15 | 1:29.929 | 10 | 14 | 1:29.668 | 8 | ||
15 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:28.761 | 3 | 15 | 1:49.953 | 3 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:29.939 | 10 | |||||
17 | 23 | Aleksander Elbon | Williams | 17 | 1:29.994 | 9 | |||||
18 | 21 | Nik de Friz | AlphaTauri | 18 | 1:30.244 | 10 | |||||
19 | 4 | Lando Norris | McLaren | 19 | 1:30.447 | 4 | |||||
20 | 2 | Loqan Sarcent | Williams | 20 | 2:08.510 | 8 |