F-1.az xəbər verir ki, sürücülər həmişəki kimi, dörd qrupa bölünəcəklər – iki qrup mətbuat mərkəzində yazan jurnalistlərin suallarını cavablandıracaq, iki qrup isə televiziya kameraları qarşısına keçəcək.
Mətbuat mərkəzinə yollanacaq birinci qrupa Valtteri Bottas (Alfa Romeo), Yuki Tsunoda (AlphaTauri), Karlos Sayns (Ferrari), Lando Norris (McLaren) və Aleks Əlbon (Williams) daxildir.
İkinci qrupda isə Esteban Okon (Alpine), Ləns Stroll (Aston Martin), Kevin Maqnussen (Haas), Lyuis Həmilton (Mercedes) və Serxio Peres (Red Bull) yer alacaqlar.
Cümə axşamı qalan sürücülər telejurnalistlərin ixtiyarında olacaqlar.
Cümə günü isə komandaların nümayəndələri mətbuat mərkəzinə gələcəklər. Ciddədə jurnalistlərin suallarını Alessandro Alunni Bravi (Alfa Romeo), Frants Tost (AlphaTauri), Toto Volff (Mercedes) və Ceyms Vavls (Williams) cavablandıracaqlar.
Sıralanma turu və yarışdan sonra günün ən yaxşı üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarını cavablandıracaq.