F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə və şənbə günlərində Ciddədə havanın temperaturu gün ərzində +30 dərəcəyə yüksələcək, səma buludsuz olacaq və mülayim külək əsəcək. Bazar günü hava +31 dərəcəyə qədər istiləşəcək.
İkinci məşqlər, sıralanma turu və yarış gün batdıqdan sonra, havanın bir neçə dərəcə soyuduğu zaman başlayacaq. Gecəyə yaxın +21C-ə qədər enəcək.
Ötən il Səudiyyə Ərəbistanı Qran Prisinin bütün sessiyaları quru trasda keçirilib.