S.Ərəbistanı-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq mövsümün ikinci mərhələsi - Səudiyyə Ərəbistanı Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Ferstappenin ilk yarışdakı inamlı çıxışı onu ikinci yarışın aşkar favoriti edib. Maşın o qədər güclüdür ki, qələbəyə ikinci ən yaxşı şəxs Maksın komanda yoldaşı Peres hesab olunur. Amma meksikalının şansları 3 dəfə az qiymətləndirilib. Digər komandaların sürücülərindən ən çox favorit göstərilən isə Alonsodur.

S.Ərəbsitanı Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.50
Serxio Peres 5.00
Fernando Alonso 10.00
Şarl Lekler 11.00
Karlos Sayns 17.00
Lyuis Həmilton 26.00
Corc Rassell 34.00
Ləns Stroll 51.00

 

Uzun illərdən sonra ilk dəfədir ki, Həmilton çempionluğu qazanmaq üçün mərclərdə favoritlər sırasına geridədir. Bukmekerlər Alonso və Lekleri Ferstappenin əsas rəqibləri hesab edirlər…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.22
Fernando Alonso, Şarl Lekler 13.00
Serxio Peres 15.00
Lyuis Həmilton 17.00
Corc Rassell 34.00
Karlos Sayns 51.00

 

Red Bull-un çempionluğuna olan inam əmsalda özünü göstərir. Ən yaxın rəqibi isə Ferrari hesab olunur. Təbii ki, buna yaxın demək mümkündürsə.

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.17
Scuderia Ferrari 9.00
Mercedes AMG 11.00
Aston Martin 15.00
Alpine 251.00
McLaren 501.00
Alfa Romeo 751.00
AlphaTauri 1501.00
Haas 2001.00
Williams 3001.00
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*