S.Ərəbistanı-2022: Üçüncü sərbəst yürüşlər

Dünən axşam Ciddədə vəziyyət qarışıq oolub - trasın yaxınlığındakı neft anbarına raket hücumuna görə gecə pilotlar yığışaraq brifinq təşkil ediblər. Yekunda həftəsonunun baş tutmasına razılıq əldə olunub.

F-1.az bildirir ki, son məşqlər çox da əhəmiyyət daşımasa da, temperaturun xeyli düşməsi və hava şəraitinin əsas sessiyalara uyğunluğu bu məşqlərin də informativ olmasına şərait yaradıb. Güclü külək əsib, lakin sürücülər bu şəraitə dünəndən uyğunlaşıblar.

Qasli yeni güc qurğusu ilə problem yaşayıb, belə ki, o pit yolunun çıxışında dayanmalı olub. Mexaniklə gələnə qədər özü maşını geriyə doğru itələməyə başlayıb. Sessiya sakit keçib, yalnız Latifi ön təkəri divara sürtüb, lakin yoluna davam edə bilib. Son dəqiqələrdə isə Ferstappen səhvə yol verib.

Bu sessiyada da ən sürətli Şarl Lekler olub – 1:29.735. Bizi Bakı vaxtı ilə 21:00-da olduqca maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:29.735 23
2 1 Maks Ferstappen Red Bull 1:29.768 + 0:00.033 12
3 11 Serxio Peres Red Bull 1:29.833 + 0:00.098 16
4 55 Karlos Sayns Ferrari 1:30.009 + 0:00.274 22
5 77 Valtteri Bottas Alfa Romeo 1:30.030 + 0:00.295 22
6 31 Esteban Okon Alpine 1:30.139 + 0:00.404 16
7 10 Pyer Qasli AlphaTauri 1:30.148 + 0:00.413 11
8 20 Kevin Maqnussen Haas 1:30.262 + 0:00.527 18
9 14 Fernando Alonso Alpine 1:30.296 + 0:00.561 17
10 22 Yuki Tsunoda AlphaTauri 1:30.415 + 0:00.680 19
11 44 Lyuis Həmilton Mercedes AMG 1:30.707 + 0:00.972 17
12 47 Mik Şumaxer Haas 1:30.765 + 0:01.030 17
13 24 Quanyu Çjou Alfa Romeo 1:30.946 + 0:01.211 20
14 63 Corc Rassell Mercedes AMG 1:30.983 + 0:01.248 15
15 18 Ləns Stroll Aston Martin 1:31.067 + 0:01.332 18
16 3 Daniel Rikkardo McLaren 1:31.186 + 0:01.451 16
17 23 Aleksander Elbon Williams 1:31.374 + 0:01.639 16
18 27 Niko Hülkenberq Aston Martin 1:31.424 + 0:01.689 18
19 4 Lando Norris McLaren 1:31.529 + 0:01.794 17
20 6 Nikolas Latifi Williams 1:31.992 + 0:02.257 13
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*