S.Ərəbistanı-2022: İkinci sərbəst yürüşlər

Ilk məşqlərdən sonra trasdan cəmi 11 km aralıda yerləşən Aramco-ya aid neft anbarı Yəmənli üsyançılar tərəfindən raket zərbələri ilə məhv edilib. Buna görə də sessiyanı başlatmaq üçün rəsmi məlumatı gözləmək lazım gəlib.

F-1.az bildirir ki, Stefano Domenikali və Muhamməd ben Sülayem komanda rəhbərləri və sürücülərlə brifinq keçirib. Buna görə də sessiyanın başlaması 15 dəqiqə təxirə salınıb. Brifinqdən həftəsonunu davam etdirilməsi barədə müsbət qərar qəbul edilib.

Ciddədə ikinci sərbəst yürüşlər sıralanma turu və yarışla eyni saatda başladığı üçün əsas məşq sessiyası hesab olunur. Sürücülər həm uzun dövrələr vuraraq sazlanmalar və təkərlərin aşınmasını yoxlamaq üzərində işləyiblər, həm də qısa dövrələrlə sıralanma turuna hazırlaşıblar.

Haas mexanikləri Maqnussenin maşınındakı hidravlik problemləri həll ediblər. Danimarkalı sürücü bu dəfə də güc itkisindən şikayət edib. Sonra sürətlənsə də, qəza edib və bolidin təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.

Həmilton kokpitdən ətrafı zəif görməsindən şikayət edib və onun oturacağının qaldırılması vaxt itkisinə səbəb olub. Ferrari sürücülərinin hər ikisi insidentdə yadda qalıb – Lekler sol on, Sayns isə sağ ön təkəri zədələyib və sessiyanı erkən başa vurub. Leklerdə hətta asılqan da zərər görüb.

Sessiya başa çatdıqdan sonra güc qurğusu sönən Tsunoda təhlükəsizlik cibində maşını saxlayıb.

Protokollara yenə Şarl Lekler başçılıq edib – 1:30.074. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:30.074 15
2 1 Maks Ferstappen Red Bull 1:30.214 + 0:00.140 22
3 55 Karlos Sayns Ferrari 1:30.320 + 0:00.246 12
4 11 Serxio Peres Red Bull 1:30.360 + 0:00.286 23
5 44 Lyuis Həmilton Mercedes AMG 1:30.513 + 0:00.439 23
6 63 Corc Rassell Mercedes AMG 1:30.664 + 0:00.590 28
7 4 Lando Norris McLaren 1:30.735 + 0:00.661 25
8 31 Esteban Okon Alpine 1:30.760 + 0:00.686 25
9 77 Valtteri Bottas Alfa Romeo 1:30.832 + 0:00.758 14
10 22 Yuki Tsunoda AlphaTauri 1:30.886 + 0:00.812 26
11 14 Fernando Alonso Alpine 1:30.944 + 0:00.870 26
12 10 Pyer Qasli AlphaTauri 1:30.963 + 0:00.889 28
13 11 Mik Şumaxer Haas 1:31.169 + 0:01.095 26
14 18 Ləns Stroll Aston Martin 1:31.372 + 0:01.298 27
15 3 Daniel Rikkardo McLaren 1:31.527 + 0:01.453 22
16 27 Niko Hülkenberq Aston Martin 1:31.615 + 0:01.541 29
17 24 Quanyu Çjou Alfa Romeo 1:31.615 + 0:01.541 26
18 6 Nikolas Latifi Williams 1:31.814 + 0:01.740 25
19 31 Esteban Okon Williams 1:31.866 + 0:01.792 28
20 20 Kevin Maqnussen Haas 1:32.344 + 0:02.270 13
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*