F-1.az bildirir ki, bukmeykerlər ilk yarışın qalibi Şarl Lekleri yenə də əsas favorit hesab edirlər. Bəheyndə finiş görə bilməyən Maks Ferstappenin şansları ona yaxın dəyərləndirilib. Lyuis Həmilton isə bu siyahıda uzun müddətdən sonra ilk üçlüyə düşə bilməyib…
S.Ərəbistanı Qran Prisində qələbə | Əmsal |
Şarl Lekler | 2.40 |
Maks Ferstappen | 2.50 |
Karlos Sayns | 7.50 |
Lyuis Həmilton | 11.00 |
Serxio Peres | 17.00 |
Corc Rassell | 34.00 |
Kevin Maqnussen | 101.00 |
Fernando Alonso, Valtteri Bottas, Pyer Qasli | 126.00 |
İdarənin əməkdaşları Lekler və Ferstappenin çempionluq şanslarını demək olar ki, eyni qiymətləndirirlər, yeddiqat dünya çempionu Həmiltonun növbəti titulunu rəsmiləşdirəcəyinə də inamları az deyil. Saynsı saymasaq, ilk yarışdan sonra digər sürücülərə verilən əmsallar xeyli yuxarıdır….
Çempionatda qələbə (sürücülər) | Əmsal |
Şarl Lekler | 2.75 |
Maks Ferstappen | 2.87 |
Lyuis Həmilton | 3.75 |
Karlos Sayns | 7.50 |
Corc Rassell | 23.00 |
Serxio Peres | 81.00 |
Lando Norris | 101.00 |
Fernando Alonso | 126.00 |
Ferrari-nin Bəhreyndəki dublundan sonra uzun illərdən bəri ilk dəfə bu siyahıda Mercedesi əsas favorit kimi görmürük. Amma onlar Red Bull-dan daha ciddi namizəd hesab edilirlər…
Çempionatda qələbə (komandalar) | Əmsal |
Scuderia Ferrari | 2.10 |
Mercedes AMG | 2.75 |
Red Bull | 3.50 |
McLaren | 67.00 |
Alpine | 101.00 |
Haas | 151.00 |
Alfa Romeo, Aston Martin | 301.00 |
AlphaTauri | 501.00 |
Williams | 751.00 |