F-1.az xəbər verir ki, buna baxmayaraq, ölkə eyni zamanda Ciddəni də təqvimdə saxlayaraq iki yarış qəbul etmək niyyətindərir.
Səudiyyə Ərəbistanının idman naziri Əbdüləziz ibn Turki Əl Səud ölkənin iki yarışa ev sahibliyi edib-etməyəcəyi soruşulduqda belə cavab verib: “Yox deməyəcəyik. F1-in krallığa gətirdiyi faydaları görürük, buna görə də, böyük sərmayələr qoyuruq. Biz idmanla yanaşı, mədəniyyətə, əyləncəyə, sərgilərə və bir çox sahələrə diqqət ayırırıq. İki yarış keçirə bilərik, lakin əvvəlcə bunu Formula1 ilə müzakirə etmək lazımdır. Görək necə olur. Bir il ərzində iki yarış qəbul edən ölkələr olub, bizim üçün də mümkündür”.