F-1.az xatırladır ki, vaxt keçdikcə hər kəs yeni səsə öyrəşib, eyni zamanda gurluq səviyyəsi də xeyli artıb. Lakin 2026-cı ildə komandalar yeni nəsil güc qurğularına keçəndə mühərriklərin səsi daha da yüksələcək. Bunu Avstraliyanın 3AW radiostansiyasına müsahibəsində Formula1-in rəhbəri vəd edib.
Stefano Domenikali: “Məqsəd yeni mühərriklərin səsini daha yüksəklərə çıxarmaqdır, çünki səs bizim duyğularımızın bir hissəsidir. Azarkeşlərimizin istədiyi budur və biz bunu təmin etməyə borcluyuq”.
Formula1-in gələcəkdə tam elektrik güc aqreqatlarına keçə biləcəyi ilə bağlı suala Stefano Domenikali aydın cavab verib: “Xeyr, qətiyyən yox. Bizdə fərqli bir səs olmalıdır – qulağıma musiqi kimi gəlir. Formula1-də 12 silindrli mühərriklər olanda onlar çox fərqli səslənirdilər – çox yüksək səslə. Tədricən on silindrə, sonra səkkizə, indi altıya keçdik, lakin bundan sonra azalma olmayacaq. Vəziyyət dəyişib, lakin bizim güc qurğuları gələcəkdə də hibrid olaraq qalacaq”.