F-1.az xatırladır ki, Andretti Global 11-ci komanda olaraq Formula1-ə gəlmək istəyir. Şirkətin rəhbəri Maykl Andretti bunun üçün Formula1 rəhbərliyi ilə bir neçə dəfə danışıqlar aparıb və bütün resurslara sahib olduqlarını deyib. Hətta Porsche də bu layihə ilə işləmək istəyir.
Stefano Domenikali: “Yarışları daha maraqlı etmək üçün yeni komandanın gəlməsinə icazə verə bilərik. Hazırda təhlil edirik və istədiyimiz kimi namizəd olsa, danışmağa hazırıq. Yeni glən komanda Formula1-in dəyərini artırmalıdır. Əgər elə olsa, müzakirə apara bilərik.
Yeni komandanı çempionatın digər iştirakçıları da qəbul etməlidir. Konkord müqaviləsində bu maddə var. Hər şeydən başqa yeni komanda Formula1-i həm maliyyə, həm də idman cəhətdən gücləndirməlidir”.