Mayın 18-də səhər saatlarında olan rəqəmlərə əsasən doqquz 9 nəfər ölüb, ondan çox adam itkin düşüb, 13 min nəfər evini tərk edib, 400-dən çox yol bağlanıb.
F-1.az xatırladır ki, təbii fəlakət öz təsirini çempionata da göstərib – aramsız yağan yağışlar və bunun nəticəsində yaranan daşqınlara görə bu həftəsonu keçirilməsi nəzərdə tutulan dünən Emiliya Romanya Qran Prisi ləğv edilib.
Bölgədə “Qırmızı həyəcan səviyyəsi” qüvvədə qalır. Bu gün günəş çıxsa da, sabah yağışlar yenidən başlayacaq. Formula1-in rəhbəri Stefano Domenikali İmolada anadan olub və Corriere della Sera-ya müsahibəsində vəziyyəti təsvir edib…
Stefano Domenikali: “Yarış həftəsonunu belə şəraitdə davam etdirmək dəlilik olardı. Bunun üçün özümü bağışlamazdım. Qran Prinin ləğvi yeganə çıxış yolu idi. Mən dağıntıların miqyasını görəndən qurbanlar haqqında düşünürəm, dostlarım mənə vəziyyətin necə dramatik olduğunu deyəndə, Formula1 ağlıma gələn son şey olur.
Londona, sonra isə Monakoya getməzdən əvvəl ailəmlə bir neçə gün vaxt keçirəcəyəm. Belə fəlakətlərdən daha çox əziyyət çəkən şəhərlərin olduğunu bilsəm də, mən şok keçirdim və çox sarsılıram”.