F-1.az xatırladır ki, bu ildən Formula1-dəki texniki reqlament dəyişiləcək. Bunun hesabına komandalar arasındakı fərqlərin azalması gözlənilir.
Stefano Domenikali: “Çox şey gözləyirəm. Bolidlər arasında fərqlər azalacaq və sürücülər bir-birlərinə daha yaxın olacaqlar. Beləliklə, gərgin mübarizə yarana bilər.
İlk yarışda yaxın mübarizə gözləmirəm. Lakin inkişafdakı məhdudiyyətlər və büdcə limitinə görə mövsüm ərzində hamı bir-birinə yaxınlaşacaq. Yeni bolidləri həyəcanla gözləyirəm”.