F-1.az xatırladır ki, ispaniyalı sürücü son iki yarışda finiş görə bilməyib və çempionluq uğrunda mübarizədə geri qalmağa başlayıb.
Stefano Domenikali: “Psixoloji cəhətdən hər şeyə nəzarət etməlidir. Buna görə də sakit qalmalıdır. Əgər belə etsə, yaxşı nəticələr qazanacaq. O, çox istedadlı sürücüdür. Heyif ki, yağışlı havada Rikkardo ona təmas etdi. Lakin belə hallarda ruhdan düşsəniz, çətinliklərlə qarşılaşarsınız.
Daha iki il Ferrari-də qalacaq. Zehni cəhətdəm daha rahatdır. Buna görə də uğur qazanmaq üçün sakit olmalıdır”.