S.Domenikali: Red Bull-u yalnız təbrik etmək olar

Liberty Media-nın keçən il ötmələrin sayını artırmaq üçün etdiyi radikal dəyişikliklər Red Bull-un dominantlığı ilə nəticələnib.

F-1.az xəbər verir ki, F1-in rəhbəri rəqabətin olmamasının köhnə azarkeşləri idmandan soyuda biləcəyini, lakin yeni azarkeşlər üçün belə olmayacağını düşünür – F1 onlara hər bir halda xoş gəlir.

Stefano Domenikali: “Red Bull-u ancaq daha yaxşı iş gördüyü üçün təbrik etmək olar. Amma rəqiblər onlara çox yaxındırlar. Əminəm ki, məhdud büdcələr şəraitində rəqabət getdikcə daha da şiddətlənəcək.

Qatı azarkeşlər üçün bir maşının üstünlüyü marağı azaldır, lakin yeni bazarlarda, yeni azarkeşlər üçün bu o qədər də vacib deyil. Bəli, biz daha çox rəqabət görmək istərdik, amma bu gün artımımız olan bazara baxsanız, bu amil göründüyü qədər aktual deyil.
İlk üç yarışda Red Bull maşınları çox sürətli idi, amma rəqiblərin fərqi bağlayacağını gözləyirəm. Keçənilki aerodinamik boru cəzasının təsirini görmək üçün gözləməliyik. Bu ilki mövsüm çox uzundur, düşünürəm ki, hələ bitməmiş bizi sürprizlər gözləyir”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*