S.Domenikali: Red Bull-a verilən cəza doğru idi

Formula1-in idarə heyətinin rəhbəri Stefano Domenikali bildirib ki, Red Bull-a cəza verməkləri düzgündür.

F-1.az xatırladır ki, Red Bull komandası 2021-ci ildə 145 milyon dollarlıq büdcəni aşmışdı. Nəticədə “qırmızı öküzlər”ə 7 milyon dollar pul cəzası və aerodinamik boruda 10 faiz daha az işləmə cəzası gəlib.

Stefano Domenikali: “Büdcə limitinin gəlməsi yaxşı haldır. İdmanda maliyyə cəhətdən stabillik olmalıdır. Lakin burada əvvəllər ancaq idman və texniki reqlamentlər olub. Buna görə də FİA daha əvvəl olmayan bir şeyə nəzarət etməlidir.

Komandalar necə gəldi xərcləməyə öyrəşmişdilər. Buna görə də FİA Red Bull-u cəzalandırmaqda haqlıdır. Mən qəraralma prosesinə müdaxilə edə bilmirəm. FİA bu mövzuda əla işləyir. FİA Mohammed Ben Sulayemlə yenidən qurulur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*