F-1.az xatırladır ki, italyanlar son mövsümdə heç də özlərinə oxşamayıblar. Sadəcə üç yarışda podium görən Ferrari bəzi yarışlarda güc-bəla ilə xal qazanıblar.
Stefano Domenikali: “Leklerin tezliklə güclü maşını olsa, Ferrari rahat ola bilər. O zaman onu itirməyəcəklər. Ancaq Ferrari zəif maşın düzəltsə, onda problemlər başlaya bilər. Şarl inamını itirə bilər və onun tempi düşər”.