S.Domenikali: Ləğv etmək yeganə düzgün qərar idi

Formula1-in rəhbəri Emiliya-Romanya Qran Prisinin ləğv edilməsindən təəssüflə bəhs edib...

F-1.az xatırladır ki, bir qədər əvvəl açıqlanan qərarla mövcud hava şəraiti nəzərə alınaraq bu həftəsonu baş tutması planlaşdırılan Emiliya Romanya Qran Prisinin keçirilməyəcəyi məlum olub.

Stefano Domenikali: “İndi İmola və Emilianyada baş verənlər əsl faciədir. İndi bütün fikirlərim böyüdüyüm şəhər və rayon, qurbanlar və onların ailələrinin yanındadır. Qran Prinin ləğvi ilə bağlı qəbul edilən qərar yerli sakinlər və Formula1-dəki hər kəs üçün yeganə düzgün qərardır, çünki bu, təhlükəsizliyi təmin edəcək və hakimiyyət orqanları bu çətin vəziyyətlə məşğul olarkən onlara lazımsız əlavə yük yaratmayacaq”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, trasın olduğu bölgədə güclü yağışlar yağıb və selə səbəb olub. Dünən isə bölgənin rəhbərliyi hər bir halda yarışın baş tutacağını bildirmişdi…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*