S.Domenikali Lamborghini-yə başçılıq edəcək

2014-cü il mövsümünün uğursuz startından sonra Ferrari-nin bütün günahlarını üzərinə götürən Stefano Domenikali mövsümün ortasında komandanı tərk edərək bir neçə aydan sonra Audi şirkətinin təklifini qəbul etmişdi. Keçən ilin sonunda isə italiyalı mütəxəssisin Volkswagen konserninə daxil olan başqa bir şirkətə - Lamborghini-yə keçməsi barədə şayiələr peyda olmuşdu.

F-1.az bildirir ki, bu gün həmin şayiələr rəsmən təsdiq olunub. Domenikali Lamborghini-nin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edəcək. Domenikalinin sələfi Stefan Vinkelman isə Audi Quattro GmbH bölməsinə təyinat alıb.

Stefano Domenikali: “Mən çox şadam ki, belə bir böyük irsi olan şirkətin qarşısında duran vəzifələri həll etməli olacam. Mənim vəzifəm sələfimin nail olduğu uğurları inkişaf etdirməkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*