F-1.az xatırladır ki, Red Bull komandası 2023-cü ilin ilk 5 yarışında çox rahat qələbələr qazanıb. Onlar ilk 5 yarışın 4-də qələbə dublu ediblər.
“Qırmızı öküzlər”in bu performansı azarkeşləri və rəqibləri qorxudur, çünki onlar heç səhv etmirlər. Bu da çempionata olan marağı azalda bilər. Keçmişdə belə hegemonluqlara son qoymaq üçün reqlamenti dəyişərdilər.
Stefano Domenikali: “Red Bull bu il hamıdan üstündür. Bu reallıqdır. Ancaq titul uğrunda mübarizənin sona çatdığını deyə bilmərik. Biz komandaların rəqabət gücünə müdaxilə edə bilmərik. Lakin maliyyə reqlamenti üzərində gördüyümüz işlərlə bəzi komandalar arasındakı texniki fərqi azaltmaq mümkündür. Bunun üçün əlimizdən gələni edirik”.