F-1.az xatırladır ki, İtaliya təmsilçiləri qış testlərində mükəmməl performans göstərsələr də, mövsümün ilk yarışı olan Avstraliyada lider Bottasdan demək olar ki, bir dəqiqə geri qalıblar.
Stefano Domenikali: “Bəli, onlar üçün çətin həftəsonu idi. Ferrari normal performans göstərə bilmədi. Ancaq Melburn trasının xüsusi olduğunu unutmaq olmaz. Buna görə də Bəhreyndəki nəticələr daha vacib olacaq. Avstraliyada maşın çox yavaş idi və bunun səbəbini bilmirəm. Dövrəvi nəticələrə baxsaq, orada anormallıqların olduğu məlum olur. Amma indidən panikaya düşmək olmaz. Bəhreyndə hər şey məlum olacaq”.