F-1.az xəbər verir ki, Stefanonun fikrincə, komanda perspektivini Lekler üzərində qurmaqdadır…
“Lyuis Həmiltonun Ferari-yə mümkün keçidinə dair söz-söhbətlər başa düşüləndir, lakin mənə elə gəlir ki, komanda öz diqqətini Şarl Leklerlə işə cəlb edib. Ona görə də çətin ki, Lyuis kimi lideri dəvət etsinlər. Onlar gənc və istedadlı sürücüyə dəstək verəcəklər”, – deyə Domenikali bildirib.
O, həmçinin bu mövsümün olduqca maraqlı olacağını qeyd edib: “Hesab edirəm ki, bu mövsüm ötən mövsümdən fərqlənəcək və hər şey son yarışda həll olunacaq. Ümid edirəm ki, bu dəfə Ferrari azarkeşləri sevinəcəklər”.