F-1.az bu xəbəri Britaniya mətbuatına istinadən yayır. Donenikali ilə müqavilə tezliklə imzalanacaq və komandalara bu xəbər həftənin ikinci günü verilib. Çeyz Keri isə fərqli vəzifə tutaraq, Formula1-də işləməyə davam edəcək.
Qeyd edək ki, Domenikali 2008-2014-cü illərdə Ferrari komandasının rəhbəri olub. İtaliyalı mütəxəssis 2014-cü ildə Ferrari-dən ayrıldıqdan sonra Audi-də işləyib. Daha sonra isə Lamborghini-yə rəhbər olaraq keçib.
Çeyz Keri isə Liberty Media 2016-cı ildə Formula1-i satın aldıqdan bəri rəhbər vəzifəsində çalışıb.