F-1.az xatırladır ki, Domenikali 1996-2006-cı illərdə Şumaxerlə işləmiş və almaniyalı sürücünün ən uğurlu illərində yanında olmuşdu.
Stefano Domenikali: “Ferrari ilə ardıcıl çempionluqlar qazananda mükəmməl idi. Hər hansı bir problemə görə komandanı pisləmədi. 1999-cu ildə Silverstounda divara çırpılıb ayağını qırdığı günü xatırlayıram.Qəzanın səbəbi əyləclər idi, ancaq o barədə pis söz demədi və komandanın səhv etdiyini söyləmədi.
O, heç vaxt razı qalmırdı. Komandanın inkişafı üçün həmişə dəqiq təhlillər aparırdı. Sükanın üzərindəki əksər düymələri o istədi”.